Vladimir Putin Adolf Hitler deyil, lakin Ukraynaya müdaxiləsilə onu Hitlerlə müqayisə edənlər də az deyil.
Bu gün sosial şəbəkələrdə və etiraz nümayişlərində tez-tez bu iki personajı birləşdirən fotomontajlara rast gəlmək olar.
Bəs görəsən, Putini "bu günün Hitleri" hesab etmək olarmı? pizza hut
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Samirə Bağırova Rusiya prezidenti Vladimir Putinin Ukrayanada müharibə ilə bağlı hərəkətlərini və qərarlarını şərh edib:
“Məsələ belədir, Hitler adı gələndə hər kəsdə soyuqqanlı, qəddar şəxsiyyət canlanır. Tarixi mənbələrdən məlumdur ki, Hitlerin atası yəhudi olsa da özü yəhudilərə nifrət edirdi və bu ciddi sual doğurur. Eləcə də uşaqlıq illərində təhsilində çox zəif olması, rəsm çəkməyi sevsə də rəssamlığa qəbul ola bilməməsi, bir neçə dəfə rədd cavabı alması uşaqlığının və yeniyetməlik həyatında uğursuz, asosial biri olması kimi qeyd olunur. Şəxsi həyatı, evliliyinə də uğurlu demək olmazdı.
Putinə gəldikdə, uşaqlıq və yeniyetməlik həyatı yalnız öz dilindən qeydə alınıb. Nə qədər doğru olması şübhə yaradır. Müxbirlər anası ilə görüşüb müsahibə almaq istədikdə qadağan olunub. Qeyd olunan məlumat özünün danışdığı qədərdir. Şəxsi ailə həyatı da bəllidir”.
Onun sözlərinə görə, uşaqlıq və yeniyetməlikdə incinən duyğular zamanla insanda narsistlik yaradır:
“Psixoloji baxışdan insanlar yaşlandıqca uşaqlıda, yeniyetməlik və ya gənclikdə yaşadıqları, yəni bir zaman incinmiş duyğuları travmaları bir az daha abarmış vəziyyətə gələrək, şüuraltında oyanmış olur. Və zamanla insanın davranışında narsistlik, qəddarlıq, soyuqqanlılıq sezilməyə başlayır. Onlar, adətən, təkliyə üstünlük verirlər və heç bir duyğusal bağımlılığın olmaması üçün çaba göstərirlər ki, daha güclü olduğunu sübut etsinlər. Əslində isə daha güclü olmaq, cəmiyyətə gücü sübut etmək, seçilmək, zəiflik göstəricisidir. Mənəvi dəyər dediyimiz özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Mənəvi dəyərlər, ailə dəyərləri, duyğular olmadıqda şəxsi prinsipləri önə keçir, insan təhlükəli varlığa çevrilir. Cəmiyyət deyil yalnız özü, öz prinsipləri önəmli olur. Qısa sözlə, "Mənəm mənəmliyin" köləsi olur. Və bu insanlar zamanla aqressor, davakar və sairə kimi neqativ davranışlar nümayiş etdirir.
Hər aqressiyanın kökündə isə sevgiyə ehtiyac, yalnızlıq hissi yatır.
İnsanın uşaqlığı, yeniyetməliyi nədirsə, yaşlılığı odur. Hər şey təkrar olunur.
Sirkə nə qədər tünd olsa öz qabını sındırar məsəlini zamanında Hitlerə bugünkü gün isə Vladimir Putinə aid etmək olar”.
Əsmətxanım
Telegram kanalımız