Pullu yol nə vaxt hazır olacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Pullu yol nə vaxt hazır olacaq? - Video

Sosial

20 May 2022 23:35 1190


Ödənişli olması nəzərdə tutulan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi istiqamətində yeni yolun tikintisi davam edir.

Yenisabah.az xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, uzunluğu 150 kilometr olan yolda işlər bu ilin sonunda başa çatdırılacaq. 

Ödənişli yola yük avtomobilləri məhdudiyyətlə buraxılacaq. Bu məqsədlə yolun giriş və çıxışlarında zəruri infrastruktur yaradılır. pizza mizza

Yoldan istifadə tariflərinin cari ilin sonuna qədər açıqlanacağı gözlənilir.

Ödənişli yola paralel olan Bakı-Quba yolunun təmiri də davam edir. Anar Nəcəflinin sözlərinə görə, köhnə yol Sumqayıtdan başlayaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində genişləndirilir. Bu yolda da təmir işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!