Pullu yolda ödəniş bu qaydada olacaq - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Pullu yolda ödəniş bu qaydada olacaq - VİDEO

Avto

19 Oktyabr 2023 10:37 7969


Ödənişli olacaq Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək. Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, başlanğıcını Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən götürən yolda sürücülər 23-cü km-də Giləzidən, 53-cü km-də Siyəzəndən, 85-ci km-də Gəndobdan, 107-ci km-də isə Xaçmazdan giriş və ya çıxış edə biləcəklər. Onlar avtomobillərinə və getdikləri məsafəyə uyğun ödəniş edəcəklər.

Məlumata görə, yolda radar da olmayacaq. Yəni sürücülərin sürətli və rahat hərəkəti üçün hər cür şərait yaradılacaq. Dördpendirli pizza

Həmçinin, sürücülərin avtomobili saxlayıb ödəniş etmələrinə də ehtiyac yoxdur. Bu sistem də avtomatlaşdırılır.

Anar Nəcəfli deyir ki, yoldan istifadə edənlər xüsusi kartlar əldə edəcəklər. Onların balansını isə onlayın artırmaq mümkün olacaq.

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Həmin yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!