Putin bu ölkələrə hücuma hazırlaşır? -   Tramp açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin bu ölkələrə hücuma hazırlaşır? - Tramp açıqladı

Siyasət

05 Sentyabr 2026 13:11 46


ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyinə inandığını açıqlayıb.

Yeni Sabah xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi və Moskvanın NATO ilə münasibətləri barədə danışıb.

Almaniyadakı hava limanına dron hücumu ilə bağlı Almaniya rəsmilərinin Rusiyanı günahlandırmasının xatırladılması üzərinə Tramp Moskvanın NATO üzvü ölkələri hədəf almayacağını bildirib. Dördpendirli pizza

ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə mütəmadi təmasda olduğunu və onu yaxından tanıdığını deyib. Tramp Putinin NATO ərazisinə hücum etməyi düşünmədiyini vurğulayıb.

“Putin NATO torpaqlarına hücum etməyi düşünmür”, - deyə Tramp bildirib.

O, Rusiyanın NATO üzvü ölkələrə qarşı hərbi əməliyyata başlayacağına inanmadığını da ifadə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!