“Putin çox ağıllıdır” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Putin çox ağıllıdır” - Tramp

Dünya

11 May 2023 09:59 691


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, Trampın fikrincə, o, prezident olarsa, münaqişəni 24 saat ərzində həll edəcək. 

"Putinlə görüşəcəyəm, Zelenski ilə görüşəcəyəm. Onların hər birinin öz zəif və güclü tərəfləri var və 24 saat ərzində həll olunacaq, bitəcək”, - deyə eks-prezident bildirib.  Sezar pizza

O, Putinin çox ağıllı olduğunu qeyd edib: “Putin çox ağıllıdır, amma mənim fikrimcə, ciddi səhv etdi. Onun səhvi  işğala başlamaqdır. Mən prezident olsaydım, bunu etməzdim”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!