Putin nazir müavinini işdən çıxardı

Putin nazir müavinini işdən çıxardı
Sent 10, 2019 19:01
Oxunma sayı: 93

Rusiya prezidenti Vladimir Putin Xairici İşlər Nazirinin müavini Qriqori Karasini vəzifəsindən kənarlaşdırıb.

“Yeni Sabah” “RİA Novosti”yə istinadən xəbər verir ki, Karasin bu vəzifəni 2005-ci ildən tuturdu.

Putin, eyni zamanda Moskva və Dağıstan prokurorlarını da dəyişib. Belə ki, Denis Popov Moskva prokuroru təyin olunub. O, əvvəlcə bu vəzifəni Dağıstanda icra edirdi. Onun yerinə isə Dağıstanın prokuror müavini Aleksey Yejov gətirilib.

Yenisabah.az