Putin ordunu böyüdür –   Rusiya ilə bağlı yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Putin ordunu böyüdür – Rusiya ilə bağlı yeni qərar

Dünya

27 İyul 2026 21:13 112


Rusiyada Ukrayna ilə müharibə davam etdiyi bir vaxtda ölkənin hərbi qüvvələrinin daha da gücləndirilməsi istiqamətində növbəti addım atılıb.

“Yeni Sabah” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ordudakı şəxsi heyətin sayının artırılması ilə bağlı fərman imzalayıb.

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan sənədə əsasən, Silahlı Qüvvələrin ümumi şəxsi heyətinin sayı 2 milyon 426 min 130 nəfərə çatdırılıb. Onlardan 1 milyon 535 mini hərbi qulluqçudur. Dominos pizza

Yeni qərar avqustun 1-dən qüvvəyə minəcək. Fərmana əsasən, orduda ümumilikdə 27 min nəfər artım olacaq. Onlardan 25 mini hərbi qulluqçu, qalanları isə mülki heyətdir.

Qeyd edək ki, Vladimir Putin 2026-cı ilin iyun ayında imzaladığı əvvəlki fərmanla ordunun ümumi şəxsi heyətinin sayını 2 milyon 399 min 130 nəfərə, hərbi qulluqçuların sayını isə 1 milyon 510 min nəfərə çatdırmışdı.

Putin ötən ilin sonunda açıqlamışdı ki, Ukraynadakı döyüşlərdə 700 mindən çox Rusiya hərbçisi iştirak edir. Bundan əlavə, müharibədə müqavilə əsasında xidmət edən və könüllü döyüşçülər də yer alırlar.

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!