4 İyul - 03:16
Putin rublun dollar qarşısında möhkəmlənməsindən danışdı

Putin rublun dollar qarşısında möhkəmlənməsindən danışdı

Dünya

25 May 2022 20:19 636


Rusiya valyutası möhkəmlənir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətində çıxışında xarici valyuta ilə ezamiyyət ödənişləri mövzusundan danışarkən bildirib.

"Rusiya iqtisadiyyatı ekspertlərin proqnozlaşdırdığından daha yaxşı dinamika göstərir. Rusiyalıların rifahı əsas prioritetdir. Bizdə işsizlik, Allaha şükür, artmır. Dollar kiçilir, rubl möhkəmlənir. İlin sonunda inflyasiyanın artım tempi 15% olacaq, hakimiyyət buna reaksiya verməlidir. İlin yekununda yoxsulluğun səviyyəsinin aşağı salınmasını təmin etmək lazımdır. İyunun 1-dən yaşayış minimumu 10%, minimum əmək haqqı iyulun 1-dən 10% artırılacaq", deyə Putin qeyd edib.

Rusiya prezidenti iyunun 1-dən işləməyən pensiyaçıların pensiyalarının məbləği 10% artırılacağını da söyləyib.APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!