"Rusiya Federasiyası ilə İran arasında əməkdaşlığa dair yeni saziş üzərində iş son mərhələdədir".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iranlı vəzifədaşı İbrahim Rəisi ilə görüşündə deyib.
Rusiya dövlətinin başçısı qeyd edib ki, Moskva ilə Tehran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq müsbət inkişaf edir, ticarət artır: "Rusiya ilə İran arasında ticarət dövriyyəsi ötən il 81%, bu ilin ilk 5 ayında isə daha 30% artıb”. Dördpendirli pizza
O, həmçinin əlavə edib ki, hökumətlərarası komissiya fəal işləyir.
Telegram kanalımız