Vladimir Putin Akkuyu AES-ə nüvə yanacağının çatdırılması mərasimində videobağlantı vasitəsilə iştirak edəcək.
Yenisabah.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Mərasimaprelin 27-də baş tutacaq. Pepperoni pizza
Türkiyə dövlət başçısının sözlərinə görə, yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusu alacaq:
“Rusiya prezidenti Vladimir Putin də videobağlantı vasitəsilə mərasimdə iştirak edəcək”.
Bundan əvvəl Ərdoğan bildirmişdi ki, Putin aprelin 27-də Türkiyəyə səfər edə və Akkuyu AES-də nüvə yanacağının doldurulma mərasimində iştirak edə bilər.
Telegram kanalımız