Putin: “Ukrayna “Türk axını“nı zədələmək istəyirdi“

saytların hazırlanması

Evə çatdırılma

Putin: “Ukrayna “Türk axını“nı zədələmək istəyirdi“

Dünya

10 Oktyabr 2022 17:05 940


Rusiya prezidenti Ukraynanı “Türk axını” qaz kəmərinin hissələrindən birini zədələmək cəhdində ittiham edib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Vladimir Putin deyib: “Ölkəmizdə elektrik enerjisi obyektlərinə və qaz nəqli infrastrukturuna qarşı bir sıra terror aktları və analoji cinayətlərə cəhdlər, o cümlədən “Türk axını”nın qaz nəqli sisteminin bölmələrindən birinə zərbə vurmaq cəhdləri törədilib. Bütün bunlar obyektiv məlumatlar, o cümlədən bu terror aktlarını törədənlərin özlərinin ifadələri ilə sübut olunur”.

Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə görüşündə Rusiya prezidenti xatırladıb: Sezar pizza

"Rusiya nümayəndələrinə Baltik dənizinin dibi ilə uzanan beynəlxalq qaz nəqli sistemlərində partlayışların və dağıntıların səbəblərini araşdırmaq icazəsi verilmir. Lakin hamımız bu cinayətin son benefisiarının kim olduğunu yaxşı bilirik".

Ümumiyyətlə, onun fikrincə, “Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu birləşmələrlə, ən iyrənc qruplarla eyni səviyyəyə qoyub”. “Bu qəbildən olan cinayətləri cavabsız qoymaq onsuz da qeyri-mümkündür”, - deyə dövlət başçısı vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!