“Putin Ukraynaya SEPAH hərbçilərini də gətirdi...“-“İSW“

saytların hazırlanması

Evə çatdırılma

“Putin Ukraynaya SEPAH hərbçilərini də gətirdi...“-“İSW“

Dünya

13 Oktyabr 2022 08:52 2948


Çox güman ki, Putin rejimi Rusiya hərbçilərinə "Şahed-136" pilotsuz uçan aparatlarından istifadə qaydalarını öyrətmək üçün İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli iranlı hərbçiləri Ukraynanın işğal olunmuş ərazilərinə yerləşdirib.

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu məlumatı Amerika Müharibənin Tədqiqi İnstitutu ("ISW") yayıb.

"ISW" Ukrayna Milli Müqavimət Mərkəzinə istinadla xəbər verir ki, Rusiya ordusu komandanlığı hərbçilərə hücum dronlarından istifadə üzrə təlim keçmək üçün Krımdakı Cankoy, Jeleznıy Port və Xerson vilayətinin Qladovtsı şəhərlərinə qeyri-müəyyən sayda iranlı təlimatçı gətirib. Mərkəz bəyan edib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə “Şahed”lərin buraxılmasına birbaşa nəzarət edirlər. Marqarita pizza

İslam İnqilabı Keşikçiləri Korpusunun İran pilotsuz təyyarələrinin əsas operatoru olduğu güman edilir, ona görə də bu iranlı təlimatçılar həmin qurumun əməkdaşları və ya tərəfdaşları ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!