“Putin Zelenski ilə danışıqlara hazırdır” - Embalo

saytların hazırlanması

Evə çatdırılma

“Putin Zelenski ilə danışıqlara hazırdır” - Embalo

Dünya

27 Oktyabr 2022 00:40 1037


Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada söhbət zamanı mənə Ukrayna ilə danışıqlara hazır olduğunu deyib.

Yenisabah.az xəbər verir ki, bu sözləri Qvineya-Bisau prezidenti Umaru Sissoku Embalo ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib.

“Dünən mən Rusiyada prezident Putinlə idim, o, məndən sizə bir mesaj çatdırmağımı, sizinlə söhbət etməyimi xahiş etdi. Mən təkcə Qvineya-Bisau prezidenti kimi deyil, həm də Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (QADİB) rəhbəri kimi buradayam və mən öz missiyamı, onun funksiyasını anlayaraq bu mesajla bura gəldim.Yəni real mövqe çatdırmaq, siqnallarınızı bütün ECOWAS ölkələrinə çatdırmaq... Bu qərar sadəcə olaraq kortəbii olaraq alınmadı, ondan əvvəl çoxlu müzakirələr aparıldı və əslində cavab olaraq ona söylədiyim bütün arqumentlərə o, mənə dedi: “Mən prezident Zelenski ilə danışıqlara hazıram”, - Embalo bildirib./Axar.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!