Putinə nə olub? - Video

saytların hazırlanması

Evə çatdırılma

Putinə nə olub? - Video

Dünya

07 Sentyabr 2022 08:00 33106


Bu gün Rusiyada keçirilən “Vostok” döyüş oyunlarını izləməyə gələn Rusiya Prezidenti Vladimir Putin yeriməkdə çətinlik çəkib.

“Yeni Sabah”ın məlumatına görə, Britaniyanın “Daily Mail” nəşri yazır ki, 69 yaşlı Putinin Rusiyanın Uzaq Şərqindəki “Sergeyevski” poliqonunun komanda məntəqəsində axsayaraq hərəkət etməsi kameraların diqqətindən yayınmayıb. 

Paylaşılan görüntülərdə Putinin ağır addımlarla və çətinliklə stula doğru irəlilədiyi əks olunub. Pepperoni pizza

Qəzet yazır ki, uzun müddətdir beynəlxalq KİV-lərdə Putinin səhhəti ilə bağlı şaiyələr dolaşır, bəziləri onun “xərçəng” və ya Parkinson xəstəsi olduğunu iddia edir.

Qeyd olunur ki, Putinin axsaq addımlarla hərəkət etməsi Parkinson xəstəliyinin əsas əlamətlərindən biridir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!