Putinlə Tramp arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Putinlə Tramp arasında telefon danışığı oldu

Siyasət

08 Sentyabr 2026 19:38 94


Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin yekunlarına dair telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, danışıq tam bir saat davam edib, konstruktiv və kifayət qədər səmimi olub. Uşakov bildirib ki, Rusiya prezidenti Ukraynada hərbi əməliyyatların tezliklə başa çatması üçün ABŞ-nin ata biləcəyi addımları diqqətə çatdırıb. pizza

"Münaqişənin gedişində hazırda cərəyan edən proseslərə, ümumilikdə döyüş meydanında irəliləyiş perspektivlərinə və qarşıya qoyulmuş məqsəd və vəzifələrə çatmaq üzrə baxışımıza obyektiv və ətraflı təhlil verilib. Yeri gəlmişkən, Rusiya prezidenti hərbi əməliyyatların tezliklə dayandırılması üçün amerikalıların real olaraq nə edə biləcəklərini qeyd edib", - deyə Uşakov vurğulayıb.

Uşakov əlavə edib ki, söhbət zamanı Putin Ukrayna münaqişəsinin nizamlanması yollarının axtarışında ABŞ tərəfinin və şəxsən Donald Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. "

Ümumilikdə, söhbət müsbət notda keçdi. Prezidentlər ünsiyyəti davam etdirmək barədə razılığa gəldilər və ehtiyac yarandıqca operativ şəkildə zəngləşəcəklər", - deyə Rusiya prezidentinin köməkçisi bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!