Qaçaqmalçılığa görə hərbçiyə 3 il həbs cəzası verildi
04 May 2021 17:06
273

Qaçaqmalçılığa görə hərbçiyə 3 il həbs cəzası verildi

Moskva məhkəməsi Ukrayna vətəndaşı Sergey Liventsovu cəzasını ümumi rejimli koloniyada çəkməklə 3 il həbs cəzasına məhkum edib.

Yenisabah.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, məhkum “MiG-29” təyyarələrinin ehtiyat hissələrinin qaçaqmalçılığı cəhdində günahkar bilinir.

Hökm aprelin 23-də elan edilib. Lakim məhkum və müdafiə tərəfi apellyasiya şikayəti verib.

Bundan əvvəl, başqa bir Ukrayna vətəndaşı, “S-300” zenit raket kompleksinin hissələrini Rusiyadan vətəninə gətirməyə çalışdığına görə 10 il həbs cəzasına məhkum edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər