“Qaçqınkom”la bağlı yeni qərar verildi 

saytların hazırlanması

Evə çatdırılma

“Qaçqınkom”la bağlı yeni qərar verildi 

Sosial

10 Mart 2023 11:44 698


“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında dəyişiklik edilib. 

Yenisabah.az xəbər verir ki, dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

“Kollegiyanın üzvləri:” bölməsi üzrə: 2.1. üçüncü abzasda “məskunlaşma, miqrasiya və məşğulluq” sözləri “Regional idarəetmə və status” sözləri ilə əvəz edilib; 2.2. dördüncü abzasda “ümumi” sözü “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” sözləri ilə əvəz edilib; 2.3. beşinci abzasda “nəzarət, təşkilat və analitik şöbəsinin müdiri.” sözləri “Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri.” sözləri ilə əvəz edilib;  Sezar pizza

Eyni zamanda, aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilib: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!