Qadın sürücülərlə bağlı inanılmaz iddia - “Onların özünüqoruma refleksi...”

saytların hazırlanması

Evə çatdırılma

Qadın sürücülərlə bağlı inanılmaz iddia - “Onların özünüqoruma refleksi...”

Sosial

22 Noyabr 2023 13:58 772


Kişilərdən fərqli olaraq, qadınların sükan arxasına keçməsi cəmiyyətdə birmənalı qarşılanmır. Adətən, qadın sürücülərin yol verdiyi qayda pozuntuları daha tez diqqəti cəlb edir və müzakirələrə səbəb olur. Bu isə özü ilə bərabər bir mövzunu gündəmə gətirir. Sükan arxasında daha çox qayda pozuntusuna yol verən qadınlardır, yoxsa kişilərdir? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aqil Rəhimov “Yeni Sabah”a danışıb. 

Ekspert sürücülərə qadın yaxud kişi olaraq fərq qoyulmasının doğru olmadığını bildirib:  pizza sifarişi

“Sürücülər adətən pis və yaxşı, diqqətli və diqqətsiz, yolda özünə, həmçinin başqalarına hörmətlə yanaşan adamlar olaraq qiymətləndirilməlidir. Çünki sürücünün qadın, yaxud kişi olmasının heç bir fərqi yoxdur. Əsas olan onun maşını necə idarə etməsidir. Doğrudur, cəmiyyətdə qadın sürücülərə yanaşma o qədər də normal deyil. Bu səbəblərdən dolayı, sürücülərin qadın-kişi olaraq bölünməsinin, bu cür yanaşmadan irəli gələrək onlara fərq qoyulmasının əleyhinəyəm”. 

Mütəxəssis qadın sürücülərin kişilərdən daha diqqətli avtomobil idarə etməsinin səbəbini açıqlayıb:

“Əsasən iddia olunur ki, qadın sürücülər avtomobili pis idarə edir, yaxud onların reaksiyası zəif olduğu üçün yaxşı maşın sürə bilməzlər. Ancaq statistikaya nəzər salsaq görərik ki, ağır qəza törədən qadın sürücülər kişilərə nisbətən qat-qat azdır. Bunun səbəbi isə qadınlarda özünüqoruma refleksinin güclü olmasıdır. Onlar yolda daha ehtiyatlı və diqqətli davranırlar ki, mənzil başına, ailəsinin və övladlarının yanına sağ-salamat çata bilsinlər. Hesab edirəm ki, cəmiyyətdə qadın sürücülərlə bağlı yaranan mənfi fikirlər əsassızdır. Çünki hazırda elə qadın sürücülər var ki, onlar avtomobili kişilərdən də yaxşı idarə edir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!