“Qadınlara qəlyan təklif edilməsi yolverilməzdir” - Aydın Mirzəzadə

saytların hazırlanması

Evə çatdırılma

“Qadınlara qəlyan təklif edilməsi yolverilməzdir” - Aydın Mirzəzadə

Sosial

18 Avqust 2026 10:29 61


İqbal Ağazadə çıxışlarının birində restoran, kafe və s. qəlyan çəkilməsinə etirazına deputat Aydın Mirzəzadə dəstəkçi olub.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Milli Məclis üzvünün sözlərinə görə, iaşə müəssisələrində qəlyandan istifadə hər kəsin öz seçimidir, amma ictimai nəzarətin müəyyən qırmızı sərhədi var.

Deputat vurğulayıb ki, insanlara pulsuz qəlyanın təklif edilməsi tütün məhsullarının təbliği kimi qiymətləndirilə bilər: pizza sifarişi

“Əlbəttə, bu yolverilməzdir. Digər tərəfdən, uşaqların yanında qəlyanın çəkilməsinin özü də qınaq obyekti olmalıdır. Təəssüf ki, bilmirəm, bizim qanunvericilikdə bununla bağlı müddəa var, ya yoxdur, amma uşaqların yanında qəlyan çəkilməsi mütləq qadağan edilməlidir. Qadınlara bunun təklif edilməsi isə ümumiyyətlə yolverilməzdir. Bu nəinki qanunlarımıza, mentalitetimizə, azərbaycançılığımıza zidd olan bir məsələdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!