Qadınları “geyindirən“ kişilər:   “Onlar qapalı mühitdə böyüyüblər“

saytların hazırlanması

Evə çatdırılma

Qadınları “geyindirən“ kişilər: “Onlar qapalı mühitdə böyüyüblər“

Sosial

02 İyun 2022 13:07 1475


“Hər kəsin mental dəyəri özünəməxsus şəkildə inkişaf edir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Qeyd edək ki, əməkdar artist Vəfa Zeynalova MTV-də yayımlanan “Üzə-düz” verilişində erotik səhnələrə çəkildiyi üçün insanlar tərəfində qınanıldığını, cəmiyyətin onu sənətindən küsdürdüyünü bildirib. O, tənqidlərə məruz qaldığını da əlavə edib. Marqarita pizza

Psixoloqun sözlərinə görə, millətimizin içində konservativ fikir yürüdən insanların olması labüddür:

“Cəmiyyətdə hər kəsin mental dəyəri özünəməxsus şəkildə inkişaf edir. Ümumi mental, milli-mənəvi dəyərlərimiz, psixoloji fikirlərimiz, aldığımız tərbiyə var. Sadəcə müəyyən peşələr var ki, həmin şəxs bunları etməlidir. Lakin elə olur ki, xarakterinə görə insanlar diqqət cəlb etmək istəyir, müəyyən platformalara uyğun danışıq sərgiləyirlər.

Aktrisa filmə uyğun olaraq bir çox səhnələrdə ola bilər. Biz sivil dövlətdə yaşayırıq. Əslində, millətimizin içində konservativ fikir yürüdən insaların olması normaldır”.

G. Məmmədova qeyd edib ki, qapalı mühitdə böyüyənlər sərbəst böyüyənləri daim qınayırlar:

“Bu xarakterdən irəli gəlir. Həmin şəxslər qapalı mühitə, dini etiqadına görə bu tip filmlərin nümayişinə neqativ fikirlərini bildirirlər. Onlar bu şəxslərin cəsarətinə, sərbəst davranışına təəccüblənib həsəd aparırlar. Lakin qınaq obyektinə çevirməkdən də əl çəkmirlər.

Bəzi insanlar o qədər qapalı mühitdə böyüyüblər ki, açıq, sərbəst böyüyən qadına daima qınamaq istəyirlər. Əslində, həmin qadının həyata baxışı başqadır. Fikirləşir ki, bu sərbəstlik, hünər necə olur”.

Gülər Məmmədova insanların şəxsi seçiminin təhqirlərə məruz qalmasını qətiyyətlə qınayıb:

“Elə insan var ki, daxili senzurasına belə əməl etmir. Zehni ilə diqqət mərkəzində ola bilmədiyinə görə bədənini ortaya qoyur. Bu da onun seçimidir. Bizdə senzura yoxdur. Müasir dövlətik, bütün yeniliklərə açığıq. Neqativ fikir bildirmək də öz seçimləridir. Lakin artıq təhqirə keçmək düzgün deyil”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!