Qalib şagirdlərlə görüş keçirilib - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qalib şagirdlərlə görüş keçirilib - Fotolar

Sosial

31 Mart 2024 09:16 240


Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumtəhsil müəssisələrində təhsil alan müxtəlif müsabiqə qalibləri olan şagirdlərlə görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın iştirakı ilə baş tutan görüş 2023-2024-cü tədris ilində müxtəlif müsabiqələr üzrə uğur qazanan şagirdlərlə keçirilib. Görüş zamanı "STEAM Azerbaycan" , "Kod saatı", "ROBOTEX Avrasiya Azərbaycan" Çempionatı üzrə qalib gələn şagirdlərin uğur yolu və gələcək məqsədləri dinlənilib.

Robot texnika, İT və digər innovativ müsabiqələrdə uğur qazanmış Sumqayıt və Abşeron məktəbliləri İdarə müdiri ilə birlikdə Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə mövcud STEAM Mərkəzi ilə yaxından tanış olublar. Toyuqlu pizza

Mərkəzdə məktəbin şagirdləri ilə birlikdə qeyd olunan müsabiqələrdə iştirak edən şagirdlər də mütəmadi dərslər alırlar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!