Qalibaf İranın “qırmızı xətti“ndən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qalibaf İranın “qırmızı xətti“ndən danışdı

Dünya

01 İyul 2026 00:54 71


Uranın zənginləşdirilməsi İranın nüvə məsələsində "qırmızı xətti"dir.

"Yeni Sabah" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.

"Nüvə sahəsində, təbii ki, biz NPT-nin (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin) üzvləriyik və AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq edirik. Bu sahədəki qırmızı xəttimiz aydındır; zənginləşdirmə bizim hüququmuzdur", - o bildirib. pizza hut

Qalibafın sözlərinə görə, İran NPT üzrə öhdəliklərə əməl edir: "Lakin bu məsələ müzakirə mövzusu deyil. Bunlar bizim gücümüzün tərkib hissələri və Amerikaya qarşı sığortadır"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!