Qanun layihəsi Konqresin aşağı palatasından keçdi

saytların hazırlanması

Evə çatdırılma

Qanun layihəsi Konqresin aşağı palatasından keçdi

Dünya

27 Aprel 2023 13:05 649


ABŞ Konqresi büdcə xərclərini azaltmaqla yanaşı, dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, Nümayəndələr Palatasının 217 üzvü sənədin lehinə, 215-i isə əleyhinə səs verib. Qanun layihəsi demokratların nəzarətində olan Senata göndərilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Palata sədri Kevin Makkarti dövlət borcunun yuxarı həddinin 1,5 trilyon dollar artırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Eyni zamanda o, xərclərin 4,5 trilyon dollardan çox azaldılmasını təklif edib. Bundan əlavə, dövlət xərclərinin daha da artırılması ildə 1%-lə məhdudlaşdırılmalıdır. Marqarita pizza

Makkarti qanun layihəsini təqdim edərkən qeyd edib ki, əgər Ağ Ev daha çox xərcləmək istəyirsə, Konqresin razılığını almalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!