Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb  ​​​​​​​

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb ​​​​​​​

Sosial

15 Fevral 2022 11:47 661


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 7-13 fevral 2022-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs  saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Şabran şəhər sakini  Musa İsmayılov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 250 metr uzunluğunda sintetik tor yığışdırılıb”. Pepperoni pizza

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Mirhasil Həsənov saxlanılıb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!