Qanunsuz ov edən şəxslər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Sosial

02 Fevral 2022 12:36 585


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları 24-30 yanvar tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Ramin İmanov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Pepperoni pizza

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Tovuz rayon sakini Aqil Nuruyev, Şabran şəhər sakini Sahib Tahirov, Saatlı rayon sakinləri Vəli Muradov, Fizuli Behbudov və Eldar Qasımov saxlanılıb.

"Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!