Qar yağacaq, 24 dərəcə şaxta olacaq -   HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, 24 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Sosial

22 Fevral 2025 13:10 423


Milli Hidrometeorologiya Xidməti fevralın 23-də gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki,sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!