Qar yağacaq, yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sosial

02 Fevral 2026 19:05 3430


Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Dördpendirli pizza

Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!