Qarabağda minaya düşənlər:    “Onlar səhlənkarlığın qurbanı olurlar“

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda minaya düşənlər: “Onlar səhlənkarlığın qurbanı olurlar“

Sosial

13 May 2022 16:26 236


İkinci Qarabağ müharibəsinin başa çatmasından 18 aya yaxın vaxt keçsə də, fəsadları davam edir. Ən böyük problemlərdən biri işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsidir. Bu proses tamamlanmayıb, eyni zamanda, hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var.

Bəzən bu səfərlər faciəli sonluqla bitir. Təkcə ötən ay Qarabağ ərazisində mina partlayışlarından 10 nəfər xəsarət alıb.

“Postlarda ciddi nəzarət yoxdur” ittihamı sosial şəbəkələrdən əskilmir, qadağalara məhəl qoymayan vətəndaşlara da sərt iradlar səslənir. Sezar pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik-leytenant Şair Ramaldanov deyib ki, qanunsuz səfərlərlə bağlı dəfələrlə əhaliyə xəbərdarlıq edilib:

“Minalanmış ərazilərdəki işarələr onu göstərir ki, təyin edilən yoldan qırağa çıxmaq olmaz. Bizim insanlar çox vaxt səhlənkarlığın qurbanı olurlar. Çünki dövlətin bütün yolları, cığırları nəzarətdə saxlanması çətindir.

Əgər xəbərdarlıqda “O tərəfə keçmək olmaz” yazılıbsa, post qoyulubsa, deməli, onun nə sağından, nə solundan keçmək olmaz. Təəssüf ki, bəzi insanlar düşünmədən minalanmış ərazilərə keçirlər. Halbuki təmizlənməmiş ərazilər işarələnib. Diqqətli olmaq, məsləhətlərə qulaq asmaq lazımdır”.

Ekspert vətəndaşları məsuliyyətli olmağa səsləyib:

“Minalanmış ərazilərdə xəsarət alaların sayı ölənlərin sayından qat-qat çoxdur. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi bu haqda məlumatlar verir. Hər kəsə eyni anda nəzarət etmək olmaz. Əgər insan şüurlu şəkildə bu addımı atırsa, buna cavabdeh özüdür”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!