Qarabağda muzdluların döyüşdüyünü sübut edən faktlar -  Video
21 Noy 2020 13:56
965

Qarabağda muzdluların döyüşdüyünü sübut edən faktlar - Video

İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən terrorçular kustar üsulla hazırlanmış raket atan qurğulardan istifadə ediblər.

Yenisabah.az xəbər verir ki, bununla bağlı lentə alınan görüntülərdə düşmənin qoyaraq qaçdığı döyüş postlarında kustar üsulla hazırlanmış raket atan qurğu və onlarla mərmi aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Musa Məmmədovun bildirdiyinə görə, bu mərmilər və onun atılması üçün hazırlanmış qurğular Suriyada gedən döyüşlərdə İŞİD və PKK terrorçular tərəfindən istifadə edildiyi məlumdur.

Bu da onu bir daha sübut edir ki, ermənilər tərəfindən Azərbaycana qarşı muzdlu terrorçular da döyüşüb. (Report)

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər