Qarabağdan gedən ermənilərə İrəvanda iş vermirlər

Qarabağdan gedən ermənilərə İrəvanda iş vermirlər

Bölgə Veb saytların hazırlanması

18 Noyabr 2023 10:59 900


Könüllü olaraq Ermənistana köçmüş Qarabağ ermənilərinə İrəvanda münasibət birmənalı deyil. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb. 

Qəzet yazır ki, Ermənistana gəlmiş Qarabağ erməniləri iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər və dövlət idarələri onlara çoxlu maneələr yaradırlar:

Erməni nəşrinin məlumatına görə, Ermənistanın dövlət idarələrində və ya onların tabeliyində fəaliyyət göstərən qurumlarda işə qəbul olunmaq üçün siyasi testlər keçirilir. 

“Onları işə qəbul olmaq istəyən şəxslərin peşəkar bacarıqları yox, siyasi yönümləri maraqlandırır. HR-lar soruşurlar ki, nə iş görmüsən, siyasi baxışların necədir, Ermənistanda baş verən son hadisələrə münasibətin necədir və s. Yəni Qarabağ ermənilərinin Ermənistanda fəaliyyət göstərən dövlət, yaxud özəl qurumların sisteminə daxil olması üçün xüsusi bir qadağa olduğu açıq-aydın görünür. Demək olar ki, Ermənistan rəhbərliyi yalnız onların siyasətinə müsbət münasibət bəsləyən qarabağlılara iş vermək qərarına gəlib və səlahiyyətlilər bunu heç gizlətmirlər”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!