“İnsanların özünə ev tikmə istəyi yaxşı arzudur, bu, dövlətə kömək olar, amma müxtəliflik və pərakəndəlik olanda iş getmir”.
Yenisabah.az xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
O, imkanlı Qarabağ sakinlərinin işğaldan azad edilmiş ərazilərdə öz hesabına ev tikməsi ilə bağlı təkliflə çıxış etdiyiini, lakin məsələyə dair nə mənfi, nə də müsbət cavab alındığını bildirib: pizza hut
“Bir müddət əvvəl əsasən Ağdamdan olan məcburi köçkünlər təkliflər irəli sürmüşdü. Təkliflərdən biri də insanların özlərinə evi tikməsi ilə bağlı idi.
Əlbəttə, yaxşı niyyətdir, bu, dövlətə kömək olar, amma hər şey bir mərkəzdən idarə olunmalıdır. Müxtəliflik və pərakəndəlik olanda iş getmir. Əgər kimsə evini bərpa etmək istəyirsə, harada bərpa edəcək? Köhnə evin yerində dövlətin planı üzrə başqa bina olacaqsa, necə olacaq?
Bu məsələdə müəyyən problemlər var, amma prosesə dövlət icazə versəydi və nizamlansaydı, çox yaxşı olardı. Şübhəsiz, dövlət strukturları qərarını verəcək, amma hələlik sərbəst tikintiyə müsbət yanaşma görünmür.
Bununla bağlı QAT sədri kimi müraciətim olub. Hətta belə bir təklifimiz var ki, evlər dövlət hesabına inşa olunsun, yəni dövlət insanlara müəyyən bir məbləği versin və hər kəs evini öz istəyinə uyğun tiksin. Amma bu təkliflər cavabsız qalıb.
QAT sədri qeyd edib ki, bu təklif işləri sürətləndirə bilər:
“Bu təkliflərə işlərin sürətlənəcəyi məntiqi ilə yanaşmışıq, amma dövlətin öz yanaşması, öz baxışı var. Hazırda kommunal strukturlar yaradılıb. Bunlar gözlə görünməyən işlər olsa da, vacibdir, çünki onlar olmadan digər işlərin irəli getməsi qeyri-mümkündür. Bu işlər bitəndən sonra evlərin tikintisi sürətlə gedəcək. Artıq binaların bünövrəsi qoyulub. Amma insanların evlərini öz istəyi ilə tikməsi çox yaxşı olardı, çünki istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda xeyli sayda iş adamı var”.
Akif Nağının fikrincə, ilk köçürülmə Ağdam və Şuşada ola bilər: "Ləngimə yalnız təhlükəsizlik məsələləri ilə bağlıdır”.
Cavad Salmanlı
Telegram kanalımız