Qarayaraya yoluxanların son durumu

Qarayaraya yoluxanların son durumu
Sent 10, 2019 12:32
Oxunma sayı: 74

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumunu açıqlayıb.

Nazirlikdən "Yeni Sabah"a bildirilib ki, hazırda xəstələrin müalicəsi davam edir.

Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb.

Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.

Yenisabah.az