Qarlı havada necə hərəkət edək? – Tövsiyələr

saytların hazırlanması

Evə çatdırılma

Qarlı havada necə hərəkət edək? – Tövsiyələr

Sosial

09 Yanvar 2023 09:31 1146


Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət çox önəmlidir. Az qala hamı – dövlət qurumları da, ayrı-ayrı şəxslər də bununla bağlı sürücülərə tövsiyələr verirlər. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov çıxış edib. Eyni zamanda o bildirib ki, ötən illərin təcrübəsi göstərir ki, qarlı-buzlu yollarda ən çox əziyyət çəkən, ən çox travma alan piyada hərəkət edənlərdir:

“Ona görə də ilk məsləhətim onlaradır. Piyada hərəkət edənlər bunları nəzərə alsalar, yaxşı olar: Dominos pizza

1) səkilər bəzən yolun hərəkət hissəsindən tez donur (avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər), ona görə də buzlu səkilərlə hərəkət etməyə hazır olmalısınız;

2) xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından (mərmərdən, bəzəkli daşlardan və s.) istifadə edilib. Belə yerlərdə çox ehtiyatlı olun, çünki buz olmasa da, yerdə azca qar olması çox ciddi sürüşmə effekti yaradır;

3) piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, çünki avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər;

4) altı sürüşməyən ayaqqabılardan istifadə etməyə çalışın;

5) xüsusi zərurət yoxdursa, yollara çıxmayın. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışın.

Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma (xüsusən qol-qıça sınıqları) alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur.

Sürücülərə isə məsləhət edirəm ki, yolda piyada görən kimi ehtiyat tədbiri görün, dayanmağa hazır olun, çünki qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər.

Yol təsərrüfatı və kommunal xidmət əməkdaşlarından isə xahişim odur ki, yolları qar-buzdan təmizləyərkən səkiləri unutmasınlar, piyada keçidlərinə xüsusi diqqət yetirsinlər. Əvvəlki illərdə rast gəldiyimiz, qarın hərəkət hissəsindən səkiyə atılması kimi təcrübə çox yanlış və təhlükəlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!