Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova öz facebook səhifəsində Göygölün donması və Şahdağa reintroduksiya olunan zubr və nəcib maralların qarlı havada növbəti görüntülərini paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, İ. İbrahimova yazıb:
“Azərbaycan təbiətinin köhnə və yeni sakinləri olan zubrlar bu qışın növbəti qarlı günlərini yaşayır. Şahdağ Milli Parkının İsmayıllı bölməsində onlar qarlı, ağappaq mühitdə daha əzəmətli görünürlər... pizza mizza
Nəcib marallar isə təbiətimizin yaraşığıdır, deyək. Qarda onları seyr etməyin ayrı qüruru var...
Göygölün ecazkar qar mənzərəsi də bu gün bizə yenidən əfsanə yaşadır. Göygöl də, Maralgöl də donub, mavi sular buz qatı ilə örtülüb, hər zaman müşahidə edilməsi mümkün olmayan xatirə mənzərəsi...
Milli parklarımızı ziyarət etməyin əsl vaxtıdır”.
Telegram kanalımız