“Cinayətlərdə zaman aşması və cinayəti araşdırma müddəti eyni standarta bağlı deyil. Maddənin yüngüllüyünə və ya ağırlığına və hərəkətin mahiyyətinə görə, bu, dəyişə bilir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
O, baş verən cinayətlərdə tətbiq olunan zaman aşımı anlayışının hansı cinayətlərə şamil edilməsindən söz açıb. pizza mizza
Bundan əvvəl qeyd edək ki, Baş Prokuroqluğun məlumatlarında bəzən müddəti keçmiş cinayətlərdən söz açılır. Məsələn, bu gün Ağstafada 19 il əvvəl baş verən cinayətdən söz açılıb.
Ə. Əhmədoğlunun sözllərinə görə, əgər şəxsin şərəf və ləyaqətinin təhqir olunması maddəsi çərçivəsində şəxs bunu bir il sonra bilibsə, artıq bunu mübahisə predmeti edə bilməz, çünki həmin cinayətə görə həbs qətimkan tədbiri 6 aydır.
Hüquqşünas əlavə edib: “Lakin ağır və xüsusilə ağır cinayətlərin bəzilərində zaman aşması anlayışı yoxdur. Yəni qətl, adam öldürmə zaman aşmasına uğrayan bir cinayət deyil. 19 il də, 30 il də keçsə belə, əgər cinayəti konkret hansı şəxsin törətdiyini məlum edən yeni faktlar oraya çıxarsa, həmin şəxs yenidən məsuliyyətə cəlb olunacaq. Əgər ömürlük həbslə cəzalandırılacaq iş varsa və o şəxsin kimliyi 30 il sonra belə müəyyən olunubsa, cəza qüvvədə qalır və nəticə etibarilə onun müddəti keçməmiş olur”.
Ə. Əhmədoğlu vurğulayıb: “Amma bəzi cinayətlərdə verilən cəzanın miqdarına görə zaman aşması anlayışı dəyişə bilir. Yəni Cinayət Məcəlləsinin müxtəlif maddələrində müxtəlif cür zaman aşması anlayışı ola bilir. Qətldə öldürmədə zaman aşımı anlayışı yoxdursa, Baş Prokurorluğun açıqlaması qanunauyğundur.
Həmçinin, bu məsələ cinayətin maddəsindən asılıdır. Əgər hansısa cinayətin həbs müddəti maksimum 10 ildirsə, əlbəttə, orada zaman aşması olacaq. Çünki cinayətkar 15 ildən sonra müəyyən olunubsa, zaman aşması tətbiq olunacaq. Amma orada cinayətin xarakterinə nəzərə yetirsək, – xüsusi amansızlıqla, yaxud şəxsin zəif vəziyyətindən istifadə etmə və s. bir sıra cinayətlərdə bu, tətbiq olunmur.
Oğurluq cinayətində zaman aşması olur. Yaxud dələduzluğun maddələrində də fərq var. Məsələn 178.1 ilə 178.3 arasında fərq var. Biri 12 ilə, digəri 3-5 ilə qədər. Bir sözlə, oradakı zaman aşması anlayışı da işin xarakterinə görə dəyişə bilər.
Vətənə xəyanətə gəldikdə isə, ömürlük həbs müddəti nəzərdə tutulur. Lakin zaman anlayışı burada cəzanın xarakterinə görə olmaya bilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız