Qazaxıstanda seçkilərin vaxtı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda seçkilərin vaxtı məlum oldu

Dünya

09 Aprel 2019 19:28 827


Qazaxıstanın prezidenti vəzifələrini icra edən Kasım-Jomart Tokayev respublikada keçiriləcək növbədənkənar prezident seçkilərinin tarixini elan edib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, növbədənkənar seçkilərin iyunun 9-da keçirilməsi ilə planlaşdırılır. Bu barədə K.Tokayev qərar qəbul etdiyini bildirib.

Xatırladaq ki, təxminən 30 il ərzində Qazaxıstana başçılıq etmiş Nursultan Nazarbayev martın 19-da istefa verdiyini elan edib. Bununla belə, o, Təhlükəsizlik Şurasının və “Nur Otan” partiyasının sədri vəzifələrini qoruyub saxlayıb. Prezidentin səlahiyyətləri müvəqqəti olaraq senatın spikeri K.Tokayevə ötürülüb. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!