Qazaxıstan Ukrayna səfirini ölkədən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan Ukrayna səfirini ölkədən çıxardı

Dünya

08 Sentyabr 2022 17:48 1241


Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevski Qazaxıstanı tərk edərək Polşanın paytaxtı Varşavaya gedib. 

“Report” xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfirin ölkəni tərk etməsinə səbəb rəsmi Nur-Sultanın tələbi olub. Sezar pizza

Qeyd edək ki, Petro Vrublevski ətrafında qalmaqal avqustda müsahibədən sonra Ukraynadakı müharibəyə münasibət bildirmək istəndikdən sonra yaranıb. Diplomat belə cavab verdi: “Biz indi rusları nə qədər çox öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaq”. Bu bəyanatı Qazaxıstan Xalqları Assambleyası Şurası pisləyib. Qazaxıstanın Rus, Slavyan və Kazak Təşkilatları Assosiasiyası səfiri persona non-qrata elan etməyə çağırıb. Hadisədən sonra P.Vrublevski Xarici İşlər Nazirliyinə çağırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!