Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qazimiz ağır durumda: “Bəs mən nə edim?!”
13 Avq 2021 15:42
16053

Qazimiz ağır durumda: “Bəs mən nə edim?!”

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 mindən çox hərbçimiz şəhidlik zirvəsinə, 1200-dən çox əsgər və zabitimiz isə qazilik şərəfinə yüksəlib. Qəhrəman qazilərimizdən biri də Şiraslan Süleymanovdur.

Arayış: Süleymanov Şiraslan Talıb oğlu 1997-ci ildə Ağcabədi rayonunda dünyaya göz açıb. Müharibə başlayan zaman könüllü olaraq döyüşlərə yollanıb. Xocavənd və Füzuli uğrunda döyüşlərə iştirak edib və Xocavənd rayonu ərazisində yaralanıb. Prezident tərəfindən Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Qazimiz Yenisabah.az saytına müraciət edərək köməyə ehtiyacı olduğunu, artıq ağrılarına dözə bilmədiyini qeyd edib:

“Hazırda Ağcabədinin Sarvanlar kəndində yaşayırıq. Ailədə 5 nəfərik. Məndən başqa işləyən heç kim yox idi ailəmə özüm baxırdım. İndi heç hərəkət edə bilmirəm.

Sentyabrın 21-i cəbhəyə yollanmışam. Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı ağır yaralandım. Ayağımda qəlbə var, başımdan və belimdən xəsarət almışam.

Döyüşlərdən geri qayıtdıqdan sonra heç kəs nə mənimlə nə də ailəmlə maraqlanmadı. İnanırsınız, Ağcabədinin icra başçısı belə yanıma gəlmədi. “YAŞAT” fondu bir dəfə fevral ayının 22-si bizə maddi yardım baxımından kömək etdi. Ondan sonra heç nə görmədik. Mən də çox pis durumda olduğum üçün şikayət etdim. Şikayətlərimdən sonra məni göndərdilər Ağcabədi xəstəxanasına. Onlar da dedi ki, bizim edə biləcəyimiz heç nə yoxdur, sənin çarən Bakıdadır amma xərci yüksək olacaq. Bildirdim ki, çox pis durumdayıq mənim o əməliyyata verməyə pulum yoxdur. Həm kürəyimdən əməliyyat lazımdır həm də başımdan müalicə almalıyam. Maraqlanan yoxdur. Papalin xəstəxanasında ayağımdan qəlpə çıxarılmadı dedilər ki, iflic olacaqsan. Bəs mən bu vəziyyətdə necə yaşaya bilərəm?

Maddi durumumuz göz önündədir, işləyən bir mən var idim 5 nəfərə baxırdım indi heç tərpənə bilmirəm. Çox xahiş edirəm dövlətimiz mənə, ailəmə yardım etsin”.

Mehri Qurban

Qazimizlə əlaqə saxlamaq üçün telefon nömrəsi: +994 51 659 10 87

 

Qazimiz ağır durumda: “Bəs mən nə edim?!”
Qazimiz ağır durumda: “Bəs mən nə edim?!”
Qazimiz ağır durumda: “Bəs mən nə edim?!”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər