Beynəlxalq enerji bazarında baş verən son dinamika fonunda Rusiyanın "Qazprom" şirkəti Çinə tədarük olunan təbii qaz üzrə şərtləri sərtləşdirməyə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, indiyədək Çin Rusiya qazını dünya bazar qiymətlərindən xeyli ucuz və xüsusi güzəştli şərtlərlə almağa nail olsa da, mövcud konyuktura Pekinin əleyhinə dönür. Enerji daşıyıcılarına olan tələbatın və bazar konyukturasının dəyişməsi "Qazprom"a Çin tərəfinə tətbiq etdiyi güzəşt siyahısını qısaltmaq və şərtləri yenidən nəzərdən keçirmək imkanı yaradıb.
Ekspertlər bildirirlər ki, "Qazprom"un bu addımı tərəflər arasındakı enerji danışıqlarında güc nisbətinin dəyişdiyini göstərir və Çinin ucuz Rusiya qazı hesabına əldə etdiyi iqtisadi üstünlükləri məhdudlaşdıra bilər. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız