Bakıda FIFA U-15 dünya çempionatı start götürür

saytların hazırlanması

Evə çatdırılma

Bakıda FIFA U-15 dünya çempionatı start götürür

İdman

24 Oktyabr 2026 08:11 79


Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. AZƏRTAC xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.

"Yeni Sabah" xəbər verir ki, dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Yarışın açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da baş tutacaq.

Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Komanda “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək. Marqarita pizza

Qeyd edək ki, dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da "Kristal Zal"da təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!