Donald Tramp İrandan sonra Kuba ilə “məşğul olmaq” niyyətindədir

saytların hazırlanması

Evə çatdırılma

Donald Tramp İrandan sonra Kuba ilə “məşğul olmaq” niyyətindədir

Dünya

24 Oktyabr 2026 00:49 92


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı fəaliyyətləri başa çatdırdıqdan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Tramp qeyd edib ki, onun administrasiyası ABŞ silahlı qüvvələrinə rekord məbləğdə – 1 trilyon dollar yönəldib. Marqarita pizza

"Dünyada ən yaxşı hərbi texnika bizdədir. Siz bunu Venesueladakı hadisələr zamanı gördünüz. İran sizə deyəcək ki, ən yaxşı hərbi texnika bizdədir. Bəs Kuba necə? Narahat olmayın. İrandan sonra Kuba ilə məşğul olacağıq, kiçik bir fasilə edəcəyik", - o deyib.

ABŞ Prezidenti həmçinin Kuba sahillərinə hərbi gəmilərin göndərilməsi ehtimalını da mümkün hesab edib.

"Onlar əllərini qaldıracaqlar, sonra isə biz işi sona çatdırmaq üçün [ABŞ Dövlət katibi] Marko Rubionu göndərəcəyik. Bizim heç dayanmağımıza belə ehtiyac yoxdur. Sadəcə onu oraya göndərmək olar və o özü hər şeyi həll edəcək", - Tramp bildirib.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!