“ABŞ İrana zərbə endirəcək” - Tramp bundan bixəbərdir

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ İrana zərbə endirəcək” - Tramp bundan bixəbərdir

Dünya

24 Oktyabr 2026 09:31 94


ABŞ hətta bu həftəsonu İrana qarşı zərbə endirə bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak insayder Mario Navfala bildirib.

Yeri gəlmişkən, Prezident Donald Tramp bəyan edib ki, səfirin dilə gətirdiyi bu ehtimaldan xəbərsizdir: pizza sifarişi

"Bu, mənim səfirim idi?" – deyə Tramp soruşub.

O əlavə edib: "Görünür, o, kifayət qədər nüfuzlu adamdır. Hər nə isə, əgər belədirsə, mənim bundan xəbərim yoxdur".

Barrak Tramp administrasiyasının İrana yanaşmasını izah edərək bildirib ki, məqsəd rejim dəyişikliyi deyil, regional və beynəlxalq təhlükəsizlik təhdidlərini azaltmağa yönəlmiş daha genişmiqyaslı səydir:

"Rejim dəyişikliyi olmayacaq. Prezident vəziyyəti elə tarazlamaq istəyir ki, girovlar və təhdidlər olmasın, dünya isə sakitləşsin".

O əlavə edib ki, Tramp Tehranla razılaşma əldə etməyə açıqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!