“Real Madrid”dən əzəli rəqibinə sərt ittihamlar

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid”dən əzəli rəqibinə sərt ittihamlar

İdman

24 Oktyabr 2026 09:00 81


"El Klasiko" qarşılaşması öncəsi "Real Madrid TV" televiziya kanalı "Barselona" klubuna, La Liqa rəhbərliyinə və qurumun prezidenti Xavyer Tebasa qarşı kəskin ittihamlar irəli sürüb.

“Yeni Sabah” xəbər verir ki, İspaniya təmsilçisinin rəsmi kanalı hakimlərin qərarlarında Kataloniya klubunun açıq-aşkar üstünlüyə malik olduğunu iddia edib:

"Hakim qərarları baxımından “Barselona”nın böyük üstünlüyü var. Söhbət “Neqreira işi” və Xavyer Tebas səbəbindən təsirlənmiş liqadan gedir. Son həftələrdə “Barselona” futbolçularının özlərini hakim kimi apardıqlarının şahidi olmuşuq." pizza

Mətbuatın Kataloniya klubuna qarşı tərəfkeş mövqe nümayiş etdirdiyini bildirən telekanal "Real Madrid"in prinsipial rəqibindən üstün olduğunu vurğulayıb:

"La Liqa ətrafındakı bütün mübahisələri bir kənara qoysaq, sırf futbol baxımından “El Klasiko”nun açıq-aşkar favoriti “Real Madrid” klubudur. Media “Barselona” klubunu sanki dünyanın səkkizinci möcüzəsi imiş kimi təqdim edir, elə bil komanda qeyri-adi nəsə edir! Avropada ardıcıl 11 mövsümdür heç nə qazanmamaları təsadüfi deyil!" 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!