Qəbələdə heyvanlar müayinə olundu

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə heyvanlar müayinə olundu

Sosial

19 Mart 2019 18:10 897


Qəbələ rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, bu tədbirlər Qəbələ Rayon Baytarlıq İdarəsinin 21 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 63 kənd və 1 şəhərində aparılır.

Qəbələ rayonu ərazisində 45511 baş iribuynuzlu, 189919 baş xırdabuynuzlu, 750 baş donuz, 820 baş təkdırnaqlı, 390358 baş quş və 9795 arı ailəsi mövcuddur. Marqarita pizza

Qəbələ Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 33498 baş iribuynuzlu, 820 baş təkdırnaqlı heyvanda, 640 baş donuzda qarayara, 2392 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Mart ayının ilk günlərindən isə Qəbələ Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit  və dabaq xəstəliklərinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!