Qırmızı işıqda keçən sürücüyə hansı ölkədə daha çox cərimə yazılır? -  SİYAHI
15 Dek 2019 23:18
230

Qırmızı işıqda keçən sürücüyə hansı ölkədə daha çox cərimə yazılır? - SİYAHI

Azərbaycanda sürücülərin ən çox pozduğu yol hərəkəri qaydalardan biri svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam etmələridir.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə əsasən 60 manat (32 avro) cərimələnirlər.

Müqayisə üçün bildirək ki, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam edən sürücülər Gürcüstanda 16 avro (50 lari) cərimələnirlər. Digər qonşu ölkə - Rusiyada bu cərimə 14 avroya (1000 rubl) bərəbardir.

Svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam edən sürücülər üçün nəzərdə tutulan cərimənin məbləği aşağıdakı ölkələrdə bu cürdür:

- Türkiyə - 36 avro (235 lirə)

- Azərbaycan - 32 avro (60 manat)

- Ermənistan - 19 avro (10 000 dram)

- Gürcüstan - 16 avro ( 50 lari)

- Ukrayna - 16 avro (425 qrivna)

- Rusiya - 14 avro (1000 rubl)

- Belarus - 11 avro (25,5 rubl)

Onu da bildirək ki, Avropa ölkələrində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam edən sürücülərlə bağlı cərimə tarifi fərqlidir. Məsələn, Almaniyada sürücü avtomobili svetoforun qırmızı işığında hərəkət etdirirsə bu zaman qırmızı işığın nə zaman yandığına baxılır. Əgər qırmızı işığın yanması ilə avtomobilin hərəkəti arasında 1 saniyə vaxt varsa o zaman sürücü 90 avro cərimə olunur. Yox əgər qırmızı işığın yanması ilə avtomobilin hərəkəti arasında 1 saniyədən çox vaxt varsa o zaman sürücü 200 avro cərimə olunur. İtaliyada bu cərimənin məbləği 162-646 avro arasında dəyişir. /yeniavaz.com



Oxşar xəbərlər