Qiymətlər artmayacaq - Nazir söz verdi

saytların hazırlanması

Evə çatdırılma

Qiymətlər artmayacaq - Nazir söz verdi

Sosial

07 Aprel 2023 17:06 835


“Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qeyd edim ki, qanunun qəbulu qiymətlərin artması demək deyil”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov bildirib. 

“Bu qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür. Bazar modeli tam fəaliyyətə başladıqdan sonra ötürmə və paylama dövlət inhisarında qaldığından bu da tənmizlənəcək. Rəqabət mühiti ilə bazarda ucuz qiymət təklif edən istehsalçıların üstün mövqedə olması topdansatış və pərakəndə satış qiymətlərinin artımına imkan verməyəcək", - deyə nazir çıxışında vurğulayıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!