Qız məktəbinin açılması: “Bizi əsrin əvvəllərinə qaytarmaq istəyirlər“

saytların hazırlanması

Evə çatdırılma

Qız məktəbinin açılması: “Bizi əsrin əvvəllərinə qaytarmaq istəyirlər“

Sosial

29 Aprel 2022 11:46 1443


"Qəribə ağıl dağarcıqları peyda olub. Özəl qız məktəblərinin açılması təklifini nəzərdə tutaraq deyirlər ki, bizi əsrin əvvəllərinə qaytarmaq istəyirlər. Guya əsrin əvvəllərindən çox irəlidədirlər".

Yenisabah.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa “facebook” hesabında yazıb.

“Axundov plankasını keçən filisof, Üzeyir plankasını keçən bəstəkar, Cavid plankasını keçən şair yetişdirməmisən, o halda niyə qayıdasan ötən əsrlərə, elə başınızı bu əsrdə girələyin getsin də... XXI əsrdə məktəbdən kənarda qalan qızların statistikasını bölgələr üzrə öyrənin, sonra ağıllı-ağıllı danışarsınız. Bu sadəcə hansısa səbəblərdən məktəbdən uzaqlaşdırılan qızların təhsil alması üçün vacibdir”. Pepperoni pizza

Fazil Mustafa əlavə edib ki, Bakının kəndləri var ki, bəlli bir yaşdan sonra qızları oxumağa qoymurlar.

“Ölkədə 4-5 ədəd yataqxanası olan, ancaq dünyəvi və ağırliqlı olaraq peşə təhsili yönümlü qızlar üçün alternativ özəl məktəbdən söhbət gedir. Mövcud məktəb sisteminə isə ümumiyyətlə toxunulmur. Deyə bildimmi?”

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!