“Qızıl oğlan” o seçildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Qızıl oğlan” o seçildi - FOTO

İdman

09 Noyabr 2026 22:08 39


"Barselona"nın 19 yaşlı müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" ("Qızıl oğlan") mükafatının qalibi seçilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Mükafatın sonuncu sahibi Fransanın PSJ klubunun futbolçusu Dezire Due olub. İki il əvvəl isə bu mükafata "Barselona"nın vingeri Lamin Yamal layiq görülüb. İnternetdən sifariş

Cari mövsümdə Kubarsi "Barselona"nın heyətində İspaniya çempionatında doqquz matçda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun aktivində, həmçinin, Çempionlar Liqasında keçirdiyi dörd oyun var.

Müdafiəçi 2026-cı ildə İspaniya millisinin heyətində dünya çempionu olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!