“Qızılağac“da balıqları “tok“a verən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Qızılağac“da balıqları “tok“a verən şəxs tutuldu

Sosial

01 Fevral 2022 10:01 491


Milli Parkın ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbir zamanı Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Lənkəran rayon sakini Eldəniz Niftullayev saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. E.Niftullayevin təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib. pizza hut

 Faktla bağlı araşdırma aparılır

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!