Son günlər gənc qızlar arasında intihar halları çoxalıb. Bununla paralel olaraq evi təkd edənlər də az deyil. Bunun səbəbini ailədaxili şiddətlə bağlayanlar da var. Bəziləri hesab edirlər ki, atası ilə yanaşı, qardaşı və qohumları da gənc qızların həyatına müdaxilə edir, onları daim təzyiq altında saxlayırlar.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Yenisabah.az-a açıqlamasında deyib ki, ailələr ənənəvi ailə modeli ilə valideynlik öhdəliyini icra etmək istəyirlər:
“Bu problem hamımızı narahat edir. Erkən yaşda qızların evdən getməsi onları risk qrupuna daxil edib. Onlar müxtəlif insanların əlinə keçə, pis hadisələrlə üzləşə bilərlər. Bu məsələ hamımızı təşvişə salır. Ailələr ənənəvi ailə modeli ilə valideynlik öhdəliyini icra etmək istəyirlər”. Marqarita pizza
M.Zeynalova qeyd edib ki, ailədə kişi nə deyirsə, düz deyir prinsipini aşılayırlar:
“Ənənəvi düşüncəyə görə, qız heç nə deməməlidir. Özünü ifadə etməməli, sakit qalmalıdır. Lazım gələrsə, ailəyə görə hər şeyini qurban da verməldir. Bir çox ailələrdə kişi nə deyirsə, düz deyir prinsipini önə çəkirlər.
Ailədə məsələlər müzakirə edilməlidir. Nəzarət olunmalıdır. Lakin təzyiq formasında deyil. Qadağanın niyə qoyulduğu açıqlanmalıdır. İzah etmədən qadağaların qoyulması bunlara səbəb olur. Hər şeyin izahı verilməlidir”.
Mehriban Zeynalovanın sözlərinə görə, uşağı ailəyə bağlamalıdırlar:
“Bəzən ailələr özləri assosial olur. Bu da uşaqların evdən getməsinə səbəb olur. Yaxşı olar ki, ailələr səbrli olsun. Döyməklə yox, əsaslandırmaqla izah etməlidirlər. Uşağa ailədə özünün əsas rolda olduğunu çatdırmaqla ailəyə bağlaya bilərlər. Bu metod istifadə edilmir. Ona görə də, qarşıdurmalar yaranır”.
Nəzrin Vahid
Telegram kanalımız